Qadin.NET / Ən nüfuzlu brend seçildi

Ən nüfuzlu brend seçildi

 

Britaniyada Brand Finance adlı şirkət var. Və o, istifadəçi loyallığı və sərmayə qoyuluşu kimi hər kəsə aydın bir çox parametrləri və həmçinin hər kəsə aydın olmayan bir çox başqa parametrləri nəzərə alaraq bu və ya digər markanın müvəqqəti dövr üçün nüfuzunu hesablayır. Məhz həmin şirkət Ferrari -yə AAA+ reytinqini verərək markanı siyahıda zirvəyə qaldırıb. Belə ki, BMW, Porsche, Toyota, VW və Mercedes şirkətlərinin bu reytingləri "yalnız" AAA olub.Milli.Az 4charx.com-a istinadən bildirir ki, belə bir vaxtda Ferrari elan etdi ki, 2013-cü ildə 2012-ci ilə nisbətən daha az maşın satıb, amma daha çox pul qazanıb. Kaş ki, hər kəsə bu nəsib olsun. Şirkət üçün əsas bazar ABŞ olub (2 035 ədəd), amma Avropada liderliyi Böyük Britaniya (677 maşın) saxlayır. Di gəl doğma İtaliyada 2013-cü ildə yalnız 205 Ferrari satılıb.Eyni zamanda artıq markaların dəyərini qiymətləndirən Interband agentliyinin reytinqi üzrə 2013-cü ildə Ferrari cəmi bir sətir yuxarı qalxıb və məsələn Harley-Davidson və Kia şirkətlərindən geri qalaraq 98-ci yeri tutub. İlk üç sətiri isə Apple, Google və Coca-Cola tutur.

 

Mənbə: Milli.Az

20 fevral 2014
GO BACK