Qadin.NET / Aston Martin-dən iki versiya

Aston Martin-dən iki versiya

 

Aston Martin-dən iki versiya
Aston Martin şirkəti DB9 və V8 Vantage superkarlarının gələn ayın əvvəlində Cenevrə motorşousunda nümayiş etdiriləcək xüsusi modifikasiyalarını hazırlayıb.Milli.Az 4charx.com-a istinadən bildirir ki, N430 adını almış V8 Vantage modelinin xüsusi versiyası GT4 kateqoriyası yarış avtomobili motivləri üzrə işlənib və sarı, qırmızı və ya gümüşü rənglərdə təzad yerləşdirmələriylə kuzovun bir neçə rəng variantında təklif edilir.Yenilik 436 at gücü (490 Nm) hasil edən 4,7-litrlik səkkiz silindrli mühərriklə təchiz edilib.Avtomobil ilk "yüzlüyə" 4,8 saniyə ərzində sürətlənəcək. Maksimal surət — saatda 305 kilometrdir.DB9 modifikasiyası kuzovun ağ və qara rənglərində təklif edilir və standart maşınlardan kuzovunun daha zəngin tərtibatı və karbon-plastik yerləşdirmələrlə, həmçinin karbon splitter, diffuzor və arxa görünüş güzgülərinin korpuslarıyla fərqlənir.Aston Martin V8 Vantage N430 89,9 min funt sterlinq (109 min avro) qiymətlə sentyabrda Britaniya dilerləri tərəfindən satışa təqdim ediləcək. DB9 xüsusi versiyasının dəyəri "Aston"-da deyildiyi kimi, yalnız "sorğu üzrə" veriləcək.

 

 

 

Aston Martin-dən iki versiya

 

 

Mənbə: Milli.Az

20 fevral 2014
GO BACK