Kiyev milisi özünü müdafiə məqsədi ilə odlu silaha əl atacaq. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, milis əməkdaşlarına snayper atəşi açılması bu qərarın verilməsinə səbəb olub. Milislər özünü müdafiə məqsədi ilə odlu silahdan da istifadə edəcəklər.
Məlumatı Ukraynanın Daxili İşlər Nazirliyi yayıb.
"Hüquq mühafizəçilərinin həyatlarının və sağlamlıqlarının qorunması məqsədi ilə şəxsi heyətin daha təhlükəsiz yerlərə köçürülməsi və mövcud qanunvericiliyə uyğun olaraq özünü müdafiə məqsədi ilə odlu silahdan istifadə etmələri qərara alınıb", - Ukrayna DİN-in məlumatında deyilir.
Bundan əvvəl yayılmış xəbərdə deyilirdi ki, Kiyevdə naməlum şəxs milis bölmələrinə atəş açıb. Nəticədə 20 nəfər yaralanıb.
Mənbə: Milli.Az