Azərbaycanda rezidenturaya daxil olmaq istəyənlər üçün sənəd qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, rezidenturaya sənə qəbulu fevralın 11-də başlayıb.Rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin birinci mərhələdə qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.Rezidenturaya qəbul imtahanın birinci mərhələsi martın 30-da, ikinci mərhələsi iyulun 27-də keçiriləcək.İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur.
Mənbə: Milli.Az