Qadin.NET / "Xocalı-1992" kitabı 4 dildə çap edilib

"Xocalı-1992" kitabı 4 dildə çap edilib

 

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) nəşri - "Xocalı-1992" kitabının yenidən işlənmiş və əlavələr edilmiş nəşri çapdan çıxıb.Mərkəzdən Trend-ə verilən məlumata görə, Azərbaycan, ingilis, fransız və rus dillərində çıxan kitab erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub. Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında müxtəlif çıxış və müraciətlərindən iqtibaslar, insanlığa utanc gətirən bu faciə haqqında tarixi arayış, məlumat-soraq materialları daxil edilib. Kitabın "Təcavüzkarın dəst-xətti" bölümündə erməni vəhşiliyinin qurbanlarının fotoları yer alıb.Məlumat-soraq materiallarında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə dəyən maddi zərər, eləcə də işğal olunmuş rayonlarımıza vurulan zərərin həcmi götərilib."Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri" seriyasının məsləhətçisi akademik Asəf Nadirov, elmi məsləhətçi millət vəkili Elxan Süleymanov, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.Kitabın ön sözündə qeyd olunur: "Kitabın Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və rus dillərində nəşr edilməsi də rəmzidir. Çünki bu xarici dillər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dilləridir. Bununla da kitabın yaradıcı heyəti həmin münaqişənin ən dramatik və qanlı hadisəsi barədə gerçəkliyi növbəti dəfə diqqətə çatdırır".Qeyd edək ki, kitabın ilk nəşri 2 il öncə Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində çap edilmiş, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük maraqla qarşılanmışdı.

 

 

Mənbə: Milli.Az

20 fevral 2014
GO BACK