Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutundan Trend-ə verilən məlumata görə, institutun əməkdaşları "Xəzər dənizinin Azərbaycan sahillərində nadir, nəsli kəsilməkdə olan quşların müasir vəziyyətinin öyrənilməsi və qorunmasının elmi əsaslarının hazırlanması" mövzusunda tədqiqat işləri aparıblar.
Araşdırma nəticəsində 76 nadir quş növünün müasir vəziyyəti müəyyən edilib və onları qorumaq, sayının artımına nail olmaq məqsədilə elmi əsaslandırılmış tövsiyələr hazırlanıb.
Tədqiqat zamanı məlum olub ki, quşların 23 növü antropogen təsir səbəbindən azalıb və təhlükəyə yaxındır. Onlardan 4 növ həssas, 9 növ təhlükədə, 11 növ isə böhran vəziyyətindədir. 1 növ (Qara leylək) və 2 yarımnövün (Qafqaz və Talış qırqovulu) nəsli kəsilib. 26 növ isə antropogen təsirdən asılı olmayaraq, həmişə azsaylı və ya təsadüf rast gəlinəndir.Xəzərin Azərbaycan sahillərində bu kimi quşların məskunlaşdığı ərazilər Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan Milli Parkı, Yenikənd Su anbarı, Ağzıbir gölü və Samur Yalama Milli Parkıdır.
Mənbə: Milli.Az