İnsanlar bəzən daha gözəl həyata sahib olmaq üçün yalnız çoxlu pul arzu edirlər. Amma daha keyfiyyətli həyata sahib olmaq üçün bəzən külli miqdarda pula yox, sadəcə bir neçə məsləhətə ehtiyac duyur insan. Aşağıdakı 18 məsləhəti bu gündən etməyə başlasanız, 5 ildən sonra indikindan daha gözəl bir həyatınızı olacaq.
Milli.Az anspress-ə istinadən həmin məsləhətələri oxucularına maddə-maddə təqdim edir.
1. Hər səhər 5 dəqiqə gülün!
2. Hər gün bir kağıza 20 fikir ya da təklif yazın. Əgər bunlardan birini edə bilərsinizsə, mütləq edin.
3. Həftədə 1 kitab oxuyub bitirin. Oxumağa adət edin.
4. Gündə azı yarım saat şahmat və ya nərd oynayın. Bu, beyninizin işləməsinə kömək edər.
5. Gündəlik yazın. Bloqunuz varsa, orada da yaza bilərsiniz. Bəzi şeyləri yazmağın sizə nə qədər faydalı olduğunu görəcəksiniz.
6. Dostlarınızı düzgün seçin. Lazımsız insanlarla dost olmayın.
7. Xırda pullarınızı bir bankada 1 il ərzində toplayın.
8. Xarici dil öyrənin.
9. Şəxsi həyatınıza və karyeranıza verdiyiniz önəm qədər sağlamlığınıza da önəm verin. Çips, günəbaxan tumu, peçenye yeməyi tərgidin, siqareti atın, idmana başlayın.
10. Sadə statistik məlumatları oxuyun. Bu gündəlik həyatdakı müzakirələrə sizi yaxınlaşdırar.
11. Qorxmayın artıq.
12. Kod yazmağı öyrənin.
13. Nə qədər qazanmağınızdan asılı olmayaraq, 15%-ini kənarda yığın.
14. Həftədə azı bir gün tv ilə bağlı heç nə etməyin.
15. Aşiq olun.
16. Hər gün yeni bir yerə gedin! (Hətta başqa bir mərtəbənin tualet otağı da ola bilər).
17. Özünüzə 1 dəqiqəlik səssizlik hədiyyə edin. Bu 1 dəqiqədə ağlınıza gələnləri yazın. Yazdıqlarınız sizi təəccübləndirəcək.
18. Çoxlu sənədli film izləyin.
Mənbə: Milli.Az