Qadin.NET / Avto kredit, yoxsa lizinq?

Avto kredit, yoxsa lizinq?

 

Yanvar ayında yerli banklar avtomobil kreditlərini dayandırdılar. Bununla yanaşı yeni qaydalar tətbiq olunmağa başladı. Bu qaydalara əsasən, yeni avtomobil almaq istəyən şəxslər qiymətin 40-50%-i miqdarında ilkin ödəniş etməlidirlər ki, kreditlə avtomobil sahibi ola bilsinlər. Banklar kreditləti 14-23%-lə verirlər. Bütün bunlar yerli mətbuatdan əldə edilən məlumatdır. Milli.Az xəbər verir ki,Day.az saytının əməkdaşı avtomobil salonları ilə əlaqə saxlayaraq, Koreya istehsalı olan avtomobillərin satışındakı real vəziyyəti öyrənməyə çalışıb. Məlum olub ki, qiyməti 30 min manatdan aşağı olan avtyomobillər üçün ilkin ödəniş 50%-dir. Bu qiymətdən bahalı avtomobillərə görə isə 40% ilkin ödəniş verilir. Kredit faizləri isə 16-18% arasındadır. Avtosalonlardan birində dedilər ki, 1-3 illik ödəniş üçün kredit faizi 17-dir. Bundan daha uzun müddət üçün isə 18%-lik kreditlərdən istifadə edilir. Digər avtosalonlardan da təxminən eyni şərtlər təqdim edilib. Bununla belə, avtosalonlarda iş yerindən arayış tələb olunmadığını deyiblər. Ancaq iş yerinə zəng edərək əmək haqqı barədə məlumat əldə edə bilərlər. Banklardan birində isə bildiriblər ki, Çin istehsalı olan avtomobillər üçün 1-3 illiyə 18-20%-lə kreditlər verilir. İlkin ödəniş ümumi məbləğin 40-50%-i təşkil edir. Avtosalonlarda kreditlə yanaşı, avtomobillərin lizinqi də təklif edilir. Kreditdən fərqli olaraq, lizinqdə ilkin ödəniş 20% təşkil edir. Burada faizlər lizinqin müddətində asılı olaraq dəyişir. Misal üçün, avtomobil bir illik lizinqə verilirsə, ödəniş faizi 14-dür. İki ilə 15%, üç ilə 16%, dörd ilə 17%, beş ilə isə 18 % ödəniş edilməlidir. Əgər kredit alıcı şəxsin adına qeydiyyatdan keçirsə, lizinq şirkətlərə verilir. Kreditdən fərqli olaraq, lizinqdə iş yerindən arayış tələb olunur. 

Mənbə: Milli.Az

20 fevral 2014
GO BACK