AzərTAc xəbər verir ki, fevralın 20-də Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Azərbaycan Respublikası Milli Məclisində olmuşdur.
Qonağı parlamentin binası önündə Milli Məclisin sədri Oqtay Əsədov qarşılamışdır.Nurlan Niqmatulin Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur.Qazaxıstan Parlamenti Məclisinin sədri Xatirə kitabına ürək sözlərini yazmışdır.Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin görüşü olmuşdur.Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin, xüsusilə parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə edilmişdir.
Mənbə: Milli.Az