Qadin.NET / Fevralın 26-da ilk dərs saatı Xocalıya həsr ediləcək

Fevralın 26-da ilk dərs saatı Xocalıya həsr ediləcək

 

Azərbaycanda fevralın 26-da ümümi, ilk peşə ixtisas, ali və orta ixtisas təhsili müəssisələrində ilk dərs saatı Xocalı soyqırımına həsr ediləcək.Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, bu, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsi barədə əmrdə qeyd edilib.Əmrdə bildirilir ki, ali, ilk peşə və orta ixtisas, ümumtəhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş foto və rəsm sərgiləri, bədii gecələrin keçirilməsi, tamaşaların hazırlaması, sənədli və bədii filmlərin nümayişi təşkil edilsin.Nazir soyqırımın keçirilməsi ilə əlaqədar məktəb rəhbərlərinə bır sıra digər tapşırıqlar da verib.

Məbə: Milli.Az

20 fevral 2014
GO BACK