İstanbul polisi Bizans dövrünə aid tarixi binaların xarabalıqlarından qızıl oğurlayan 4 nəfər xəzinə oğrusunu saxlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.
Qəzetin məlumatına əsasən, İstanbul polisinə şəhərdəki otellərin birinin zirzəmisində qeyri-qanuni qazıntı aparıldığı və ümümilkdə 50 ton ağırlığında qızıl çıxarıldığı haqqında məlumat daxil olduqdan sonra polis keçirdiyi əməliyyat nəticəsində xəzinə oğrularını yaxalayıb.Hal-hazırda İstanbul polisi oğurlanan qızılların yerinin araşdırılması istiqamətində axtarışlar aparır.
Mənbə: Milli.Az