Qadin.NET / Maydanda ötən gecə

Maydanda ötən gecə

 

Ötən gün Kiyevin müstəqillik meydanında (Maydan Nezalejnosti) sakitçilik olub. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, radikal etirazçılar və hüquq-mühafizə orqanları heç bir aktivlik göstərməyiblər. Asayiş keşikçiləri əvvəl də olduğu kimi möhkəm sədd qurublar. Barrikadalarda isə ocaqlar yanmaqda davam edib. Etirazçılar əllərində olan materialları qənaətlə işlətməyə çalışırlar. Meydana alovları söndürmək üçün su püskürdən maşınlar gətirilib. Qeyd edək ki, ötən günlər ərzində milislə etirazçılar arasında baş verən toqquşmalarda ölənlər  və yaralananlar olub. Bu səbəbdən, ölkə başçısı Viktor Yanukoviç fevralın 20-ni matəm günü elan edib. 

Mənbə: Milli.Az

20 fevral 2014
GO BACK