Bakıda anti-siqaret təbliğatı güclənib. Artıq ictimai yerlərdə, metro stansiyalarında, avtobuslarda, tibb müəssisələrində anti-nikotin kampaniyasını dəstəkləyən elanlar vurulub. Lakin qadağalar tətbiq edilsə də, buna əməl edən yoxdur...Bakı Metropoliteninin Polis Şöbəsindən Milli.Az-a bildirildi ki, metronun vestibülündən içəri girən şəxslər siqaret çəkərsə, polis tərəfindən saxlanılaraq cərimə olunurlar. Metroda siqaret çəkənlər inzibati qaydada 50 manat cərimə olunurlar.
"Bakı Sərnişin Nəqliyyat" MMC-dən isə bildirildi ki, sürücülərin sükan arxasında siqaret çəkməsi qadağandır. Qanunda edilmiş dəyişikliyə əsasən, indi sükan arxasında siqaret çəkən sürücü cərimə olunur.
Mənbə: Milli.Az