
Məhəmməd Peyğəmbərin (s) qızı və Həzrəti Əlinin (ə) həyat yoldaşı Xanım Fatiməyə (sə) aid Türkiyənin Topqapı sarayında saxlanılan cehiz sandığı Kərbəladakı İmam Hüseyn Muzeyinə göndərilməyəcək.Milli.Az SalamNews-a istinadən bildirir ki, Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik bəyan edib.“Xəbər doğru deyil. Həzrəti Fatiməyə aid mücrü və digər əmanətlər Topqapı sarayında müqəddəs əmanətlər bölməsində saxlanılır. Bu xəbər əslində təxribat xarakterlidir. Əvvəla, 1971-ci ildə bu mücrünün Topqapı Sarayı Muzeyinə gətirildiyi göstərilir. Bu, doğru deyil. 1924-cü ildə Topqapı sarayı muzeyə çevrildiyi vaxt aparılan işlər nəticəsində bununla bağlı qeydlər götürülməyə başlanılıb. Qeyd edim ki, müqəddəs əmanətlərin hər hansı bir ölkəyə hər hansı bir şəkildə göndərilməsi mümkün deyil. Biz bu əmanətləri heç sərgilər üçün göndərmirik, ona görə də onların birdəfəlik göndərilmələri müzakirə mövzusu belə deyil. Bu xəbər Bağdad səfərimizə istinadla yayılıb. Kərbəladakı İmam Hüseyn Muzeyi səlahiyyətlilərindən belə bir tələb gəlməyib.”, - Ö.Çelik bildirib.
Müqəddəs əmanətləri diqqətlə qoruduqlarını vurğulayan nazir deyib: "Müqəddəs əmanətləri Topqapı Sarayı Muzeyində diqqətlə qoruyuruq. Çünki bu zaman biz onları yalnız bizə aid əmanətlər olaraq qorumuruq, bütün İslam aləminə, bütün müsəlmanlara aid əmanətlər olaraq qoruyuruq."
Mənbə: Milli.Az