Qadin.NET / Samsung onu yeniləyəcək

Samsung onu yeniləyəcək

 

Samsung şirkəti tərəfindən buraxılan Galaxy Gear smart saatının növbəti nəsli Tizen əməliyyat sistemi ilə işləyəcək. Bu haqda Koreya şirkətinin planları ilə tanış anonim mənbələrə istinadən USA Today yazıb.

 

Milli.Az ICTnews-a istinadən bildirir ki,Tizen platforması ilə işləyən saat fevralın 24-də Barselonada start götürəcək Mobile World Congress sərgisində nümayiş etdiriləcək.Qurğuda HTML5 ilə işləyən tətbiqləri icra etmək mümkün olacaq. Saatın texniki xüsusiyyətləri açıqlanmır.2013-cü ilin sentyabrında təqdim edilmiş Galaxy Gear cihazlarının birinci nəsli Android platformasından istifadə edir. Samsung qurğularına Google xidmətlərini tətbiq etməmək üçün əməliyyat sistemini dəyişməyə qərar verib.Tizen platforması Linux nüvəsi əsasında hazırlanıb. Platforma Linux Foundation təşkilatının dəstəyi ilə Samsung və Intel şirkətləri tərəfindən işlənib hazırlanır.
Mənbə: Milli.Az

 

20 fevral 2014
GO BACK