Qadin.NET / 100 ən yaxşı peşə

100 ən yaxşı peşə

 

ABŞ-da ən yaxşı iş proqram təminatı tərtibatçısı peşəsidir. Bu barədə US News nəşri tərəfindən dərc edilən yüz ən yaxşı peşə reytinqində deyilir. Liderlər üçlüyündə həmçinin kompüter sistemləri analitikləri və diş həkimləri yer alıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, nisbətən perspektivli peşələr arasında feldşer, əczaçı, terapevt həkimlər, tibb bacıları, veb-proqramçılar və diş gigiyenası üzrə mütəxəssislər qeyd edilib. Beləliklə, siyahının yuxarı hissəsində tibb və kompüter texnikası sahəsi üzrə iş yerləri üstünlük təşkil edir.Yüzlüyün sonunda incəsənət direktorları, arxitektorlar, müştəri xidmətləri şöbələrinin əməkdaşları, sanitariya texnikası işçiləri, ofis qulluqçuları, avtomexaniklər, rəngsaz və psixiatrlar yer alıb. Həmçinin qeyd olunur ki, bu peşələrə tələbat böyükdür.US News reytinq üçün peşələri müxtəlif çəkiyə malik bir neçə amillər üzrə seçib. Xüsusilə orta əməkhaqqı, peşə üzrə işsizlik səviyyəsi, iş yerində inkişaf perspektivləri, stress səviyyəsi və iş vaxtının və həyatın qalan hissəsinin nisbəti nəzərə alınıb.Bundan başqa, bütün sahələr üzrə əmək bazarının artımına diqqət yetirilib. Bunun üçün ABŞ Əmək Statistikası Bürosunun göstəriciləri, eləcə də bu idarənin yaxın on il üçün proqnozları əsas götürülüb.

 

Mənbə: Milli.Az

20 fevral 2014
GO BACK