Qadin.NET / Özləri çox, gəlirləri azdır

Özləri çox, gəlirləri azdır


Juniper Research analitiklərinin proqnozuna görə, 2018-ci ilədək smartfon və planşet istifadəçiləri tərəfindən mesajların ötürülməsi zamanı yaradılan internet-trafikin təxminən 75 faizi messencerlərin payına düşəcək.Sözügedən tətbiqlərdən əldə olunan gəlir 3 milyard dolları ötəcək, lakin bu, mobil ünsiyyət texnologiyaları bazarında əldə olunan gəlirin yalnız 2 faizi deməkdir.Milli.Az ICTnews-a istinadən bildirir ki, messencer sahibləri üçün gəlir əldə etmək çətindir. Bunun üçün onlar reklam yerləşdirilməsinə, tətbiqlərin daxilində məzmun satışlarına və başqa metodlara üstünlük verirlər ki, bu da ödənişli SMS-dən əldə olunan gəlirlə müqayisə edilə bilməz.Strategy Analytics tədqiqat agentliyinin məlumatına görə, 2013-cü ildə birinci dəfə operatorların SMS və MMS-dən əldə etdiyi gəlir 4 faiz azalaraq 104 milyard dollar olub. 2017-ci ilədək bu göstərici 20% azalacaq. Analitiklər operatorlara genişləndirilmiş multimedia xidmətlərinə keçməyi tövsiyə edirlər.

 

Mənbə: Milli.Az

 

20 fevral 2014
GO BACK