Qadin.NET / "Sovetski" sakinlərinə kompensasiya verilməsi dayandırıldı

"Sovetski" sakinlərinə kompensasiya verilməsi dayandırıldı

 

Sakinlərdən Samir Hacıyev Hafta.az-a açıqlamasında görüş və görüşdən sonrakı razılaşma haqda məlumat verib: “Mart ayının 3-də yenə də 150 saylı orta məktəbin akt zalında görüş olacaq. Dünənki iclasda olan Yasamal rayon icra başçısı, Bakı meri Hacıbala Abutalıbov, Köçürülmə Komissiyasının sədri Səməd İslamov, Abid Şərifov yenə də gələcək. Tələb olunan şərtlərə görə, mümkün olan güzəştlər haqda məlumat verəcəklər. Tələblər budur ki, hər kvadratmetə görə 3500 AZN, kiçik kvadratlılara ev, yaxud da yüksək kompensasiya verilsin. Və komissiya ölçüləri yenidən götürsün. Yəni faktiki yaşayış kimi yox, sənədlərdə göstərilən kimi ölçülsün. Amma istəməklə də deyil. Yəqin ki, bu rəqəm çox istəməklə az almağa hesablanmış bir şeydir. Bu hesabla 200 kvadratmetr evi olan 700 min manat alarsa, artıq milyoner olacaq. Amma 40 kvadratmetr evi olana yeni ev almaq üçün bu pul ancaq çatar. Dövlət özü bilir də necə qərar verəcək. Camaatın hər istədiyini verən deyil ki?!”S.Əliyev bildirib ki, martın 3-ə qədər kompensasiya verilməsi dayandırılıb: “Martın 3-nə kimi hələ sakitlik olacaq, nə aksiya, nə hər hansı narazılıq olmayacaq. Hətta 1500 AZN-ə razılaşıb kompensasiya almaq istəyənləri də o vaxta kimi qəbul etməyəcəklər. Yeni qərar çıxmayınca heç kim kompensasiya almayacaq”.

Mənbə: Milli.Az

19 fevral 2014
GO BACK