Rəsmi Bakı Ukraynada vəziyyətin ən tez zamanda stabilləşməsinin tərəfdarıdır, ölkə hakimiyyətini və müxalifəti birləşməyə və problemi həll etməyə çağırır. Trend-in məlumatına görə, bunu Gəncədə Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçüncü görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında deyib.Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları yenidən başlayıb. Etirazlarda müxalifət parlament-prezident idarəetmə formasına qayıdılmasını, 2004-cü il Konstitusiyasının bərpa olunmasını tələb edib Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar.Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, Kiyevdə toqquşmalar nəticəsində 25 nəfər ölüb.
Mənbə: Milli.Az