Qadin.NET / Əfqanıstanda döyüşən Azərbaycan veteranları medalla təltif edildilər

Əfqanıstanda döyüşən Azərbaycan veteranları medalla təltif edildilər

 

Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır!" devizi altında təntənəli mərasim keçirilir. Trend xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev, Prezident Adminstrasiyasının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin nümayəndələri, millət vəkilləri və başqaları iştirak edirlər.Tədbirdən öncə təltifetmə mərasimi keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov və MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev təltif edilən 200-ə yaxın veterana "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" yubiley medalını təqdim ediblər.Qeyd edək ki, hazırda Azərbaycanda təxminən 10 min beynəlmiləlçi hərbçi var.

Mənbə: Milli.Az

19 fevral 2014
GO BACK