Bu gün səhər saatlarından başlayaraq Azərbaycanın Quba rayonuna qar yağmağa başlayıb. Milli.Az aznews.az-a istinadən xəbər verir ki, yağıntılar rayonun dağətəyi hissəsinə az düşşə də, dağlıq ərazilərdə nisbətən intensiv hal alıb. Yağıntılar rayonun kommunikasiya və nəqliyyat sahəsində hər hansı problem yaratmayıb.Dağlıq kənd və qəsəbələrə gedən yollar yerli icra qurumları tərəfindən təmizlənir və nəqliyyatın hərəkəti üçün şərait yaradılır. Məlumat üçün bildirək ki, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti bu gün axşam saatlarına qədər davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabahdan hava şəraiti əsasən yağmursuz keçəcək, temperaturun yüksələcəyi gözlənilir.
Mənbə: Milli.Az