Qadin.NET / İrandan Azərbaycana kartof ixracına məhdudiyyət qoyulub?

İrandan Azərbaycana kartof ixracına məhdudiyyət qoyulub?

 

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Astara gömrük-keçid məntəqəsində İran tərəfdən Azərbaycana kartof gətirilməsinə məhdudiyyət qoyulması barədə yayılan xəbərlərə münasibət bildirib.Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında səfir qeyd edib ki, Azərbaycana kartofun ixracına heç bir məhdudiyyət qoyulmayıb: "İlin bəzi fəsillərində, soyuq hava şəraiti ilə əlaqədar ölkədə bəzi kənd təsərrüfatı məhsullarının, o cümlədən kartofun qıtlığı yaranır. Buna görə onların qiyməti qalxır və istehsalçılar məhsullarını ixrac edə bilmirlər".

Səfir qeyd edib ki, bu il Ərdəbildə kartof yığımı yüksək olub: "Ümid edirəm ki, iki aydan sonra yaxşı qiymətə kartof gətiriləcək. Fikirləşirəm ki, İran kartofları qiymətə görə bir az baha olsa da, digər ölkələrdən gətirilən kartofdan daha yaxşıdır".

Mənbə: Milli.Az

19 fevral 2014
GO BACK