Yer kürəsində mülayim gücə malik maqnit qasırğası başlayıb. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Günəşdən qalxan plazma kütlələri və günəş küləkləri buna səbəb olub. Məlumatı Rusiyanın Tətbiqi Geofizika İnstitutu yayıb. ABŞ-ın Kosmik Proqnozlar Mərkəzinin məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 04:00 radələrində geomaqnit gərginlilk 5-ci həddə çatıb ki, bu da maqnit qasırğası sayılır. Üç saatdan sonra isə 6-cı səviyyəyə çatıb.
Mənbə: Milli.Az