Qadin.NET / Azərbaycana "yaz havası" gəlir

Azərbaycana "yaz havası" gəlir

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 20-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman proqnozlaşdırılır. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 10-14 dərəcə isti olacaq.Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi arabir güclənəcək.

Aran rayonlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda 0-5 dərəcə şaxta , 5-10 dərəcə isti proqnozlaşdırılır.

Mənbə: Milli.Az

19 fevral 2014
GO BACK