Eşqi, sevgini, məhəbbəti əks etdirmək üçün hansı obrazı seçərdiniz? Ananın öz körpəsinə sevgi dolu nəzərlərlə baxdığı anı, yoxsa toy günü əl-ələ tutmuş bəylə-gəlinin sevincini? Bəlkə, təbiət daha yaxşı müəllifdir və iki kəpənəyin eşqi əsl məhəbbət anıdır? Dünyanın ən məşhur və nüfuzlu jurnallarından biri "National Geographic" yeni fotomüsabiqə keçirir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Love Snap" müsabiqəsində hər kəs iştirak edə bilər. İştirakçılardan məhəbbət, sevgi anlarını əks etdirmək istənilir.
Mənbə: Milli.Az