Apple smartfonlarının Android-qurğulardan nəzərəçarpacaq dərəcədə bahalı olması hamıya məlum faktdır. Maraqlıdır ki, iPhone və quqlofonlar arasındakı qiymət fərqi nəinki azalmır, əksinə, stabil olaraq artır. Statista statistik agentliyinin mütəxəssisləri bu nəticəyə gəliblər.Milli.Az ICTnews-a istinadən bildirir ki, son üç ildə iOS və Android platforması ilə işləyən smartfonların orta satış qiyməti haqqında məlumatları toplamış tədqiqatçılar aydınlaşdırıblar ki, Googleun mobil platforması ilə işləyən aparatlar nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. İlk öncə onların qiyməti 441 dollardan 380 dollaradək, sonrakı iki ildə 320 və 276 dollaradək azalıb.Apple smartfonlarının qiyməti, həmçinin ucuzlaşıb, lakin bu proses çox ləng gedib: 2011-ci ildə iPhone smartfonunun qiyməti orta hesabla 710 dollar, 2012-ci ildə 686 dollar, 2013-cü ildə 650 dollar olub.Nəticədə rəqiblər arasında qiymət fərqi artıb: üç il əvvəl iOS və Android sistemi ilə işləyən aparatların dəyərində fərq 261 dollar olduğu halda, ötən il bu göstərici 374 dollar təşkil edib.Qiymətin sürətlə azalması quqlofonların populyarlaşmasına imkan yaratmış əsas amillərdən biri olub: IDC-nin məlumatına görə, ötən il dünyada Android əsaslı 793,6 milyon smartfon buraxılıb ki, bu da 2012-ci illə müqayisədə 10% çoxdur.2013-cü ildə iPhone smartfonunun tədarük həcmi 153,4 milyon olub.
Mənbə: Milli.Az