Onsuz da uzun ada sahib Land Rover Range Rover Evoque görünür adla bağlı rekord vurmaq fikrindədir və adına daha iki söz əlavə edir — Autobiography Dynamic. Onlardan birincisi cah-calala, ikinci isə gücə və idarə olunma imkanlarına işarə edir; nəticə iki həftə sonra Cenevrədə nümayiş etdiriləcək və 2014-cü ilin son rübündə Avropa bazarlarına daxil olacaq.Milli.Az 4charx.com-a istinadən bildirir ki, Britaniya bestsellerinin xüsusi versiyası əlavə xeyli at gücü əldə edib: standart 2,0-litrlik benzin turboaqreqat 285 a.g. və 400 Nm hasilatınadək inkişaf etdiriıib, daha sonra yenidən kalibr edilmiş 9-pilləli ZF avtomat qutu ilə birləşdirdirilib. Dinamikanın yekun rəqəmləri hələlik məlum deyil, amma o məlumdur ki, Evoque Autobiography Dynamic asqısı və sükan idarə etməsi ciddi yenidənqurmaya məruz qalıb, tam ötürücü sistemi və dartı qüvvəsinin bölüşdürülməsi sistemi təkmilləşdirilib. Nəticə, vəd edildiyi kimi Land Rover -in döngələri keçməsinin qüsursuz həndəsəsi və idman xarakteri, həm də rahatlıqla bağlı heç bir güzəşt edilmədən."Avtobioqrafik" buraxılışda rahatlıq və dizaynla bağlı da həmçinin hər şey qaydasındadır. Xaricdən altı eksklüziv rəng (fotoda onlardan biri - "Simurq" rəngi), 20 düymlük disklər, ön hissənin yeni tərtibatı, fərdi klimat-kontrollu kürsülər, həmçinin istənilən Apple və ya Android qurğularla avtomobilin funksiyalarının bir hissəsini idarə etməyə imkan verən Land Rover InControl firma əlavəsi — bütün bunlar onsuz da həddindən artıq zəngin olan Evoque komplektasiyasını tamamlayır.
Mənbə: Milli.Az