Qadin.NET / Azərbaycanda nə ucuzlaşdı, nə bahalaşdı?

Azərbaycanda nə ucuzlaşdı, nə bahalaşdı?

 

İstehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə 0.2 faiz ucuzlaşıb. Anspress-in Dövlət Statistika Komitəsənin saytına istinadən verdiyi məlumata görə, xidmət tarifləri 0.9 faiz ucuzlaşıb, ərzaq məhsullarının qiymətləri 0.2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri dəyişməyib.2013-cü ilin yanvarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.5 faiz, xidmət tarifləri isə 0.2 faiz bahalaşıb.Yanvar ayında ərzaq məhsullarından toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qeyri-ərzaq mallarından parçaların, divar kağızlarının, tikinti kərpicinin, metal kirəmitin qiymətləri ucuzlaşıb.Bundan başqa ölkədə muzdla işləyənlərin orta aylıq əmək haqqı 2013-cü ildə əvvəlki ilə nisbətən 6.2 faiz yüksələrək 423 manat təşkil edib. Həmçinin əhalinin hər nəfərinə düşən gəlirləri isə 2014-cü ilin yanvar ayında ötən ilin yanvarına nisbətən 2,5 faiz artaraq 279,7 manat olub. 

Mənbə: Milli.Az

 

18 fevral 2014
GO BACK