Fevralın 19-da Gəncədə Gürcüstan Baş konsulluğunun rəsmi açılışı mərasimi keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.Açılış mərasimində Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Maya Pancikidze iştirak edəcəklər.M.Pancikidze fevralın 19-da baş tutacaq Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin iclasında iştirak etmək məqsədi ilə Azərbaycana gələcək.Bu, 3 ölkənin XİN rəhbərlərinin sayca üçüncü görüşü olacaq.
XİN rəhbərlərinin ikinci görüşü 2013-cü il mart ayında Batumidə keçirilmişdi.
Mənbə: Milli.Az