Qadin.NET / Azərbaycanda bir gün hava pis olacaq, sonra temperatur yüksələcək

Azərbaycanda bir gün hava pis olacaq, sonra temperatur yüksələcək

 

Azərbaycan ərazisində sabah gözlənilən qısamüddətli qeyri-sabit hava şəraitindən sonra fevralın 20-si gündüzdən ölkə ərazisində hava yenidən yağmursuz olacaq, temperatur yüksələcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, sabah ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə enəcək. Bu proses əsasən, fevralın 19-da müşahidə ediləcək. Fevralın 20-də gündüz saatlarından hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.

Fevralın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı gözlənilir. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq. Şimal-qərb və şimal küləyi gecə və səhər arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə və gündüz 2-6 dərəcə isti olacağı proqnozlaşdırılır. Fevralın 20-də isə gündüz saatlarında 7-12 dərəcə isti olacaq.
Fevralın 19-da Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəyədək isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

18 fevral 2014
GO BACK