Bu gün səhər saatlarında 2000 EM26 adlı nəhəng asteroid Yer kürəsinin yaxınlığından keçib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə planetimiz üçün potensial təhlükəli obyektləri izləyən Slooh şirkəti məlumat yayıb. Asteroidin diametri 270 metr, sürəti isə saniyədə 12 km olub. Onun Yer kürəsi ilə arasındakı minimal məsafə 3,5 milyon km olub. Bu səbəbdən bu səma cismi planetimiz üçün təhlükə törətməyib. Qeyd edək ki, iki gün öncə 2012 DA14 adlı asteroid Yer kürəsinə rekord sayılacaq qədər yaxın məsafədən - 27.7 km məsafədən keçib.
Mənbə: Milli.Az