Qadin.NET / Qarabağ qazilərinin statusu yüksəlir

Qarabağ qazilərinin statusu yüksəlir

 

Qarabağ əlillərinin statusunun artırılması istiqamətində müvafiq dövlət qurumları iş aparır. Yeni sənəddə Qarabağ əlillərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, onların maddi və mənəvi durumlarının yüksəldilməsində əlavə imkanların yaradılması nəzərdə tutulur. Artıq məsələnin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.Milli Məclisdən Modern.az-a verilən məlumatda isə bildirilir ki, sənəd may ayına qədər parlamentə təqdim olunacaq. Qarabağ əlilləri ilə bağlı aidiyyatı dövlət orqanları və müxtəlif təşkilatların rəyi də öyrəniləcək.Qeyd edək ki, Qarabağ əlillərini özündə birləşdirən təşkilatlar bir müddət öncə imtiyazların artırılması təşəbbüsü ilə çıxış etmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərində görüşlər keçirmişdilər.

Mənbə: Milli.Az

18 fevral 2014
GO BACK