Qadin.NET / Azərbaycan taekvondoçuları "Luxor Open"də 6 medal qazanıblar

Azərbaycan taekvondoçuları "Luxor Open"də 6 medal qazanıblar

 

Misir Ərəb Respublikasının Luksor şəhərində 15-17 fevral tarixlərində təşkil olunan "Luxor Open" başa çatıb.Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə böyüklərdən ibarət milli komandamız 3 qızıl, 3 bürünc olmaqla ümumilikdə aktivinə 6 medal yazdırıb.Millinin üzvləri Mikayıl Əliyev (-54 kq), İlkin Şahbazov (74 kq) və Fəridə Əzizova(-67 kq) qızıl medal qazanaraq yarışın qalibi olublar.Digər taekvondoçularımızdan Samir Aydınov (-54 kq), Ramin Əzizov (-80 kq) vəRadik İsayev (-87 kq) isə G-2 dərəcəli turniri bürünc medalla başa vurublar.
Komanda hesabında isə millimiz 2-ci yerə layiq görülüb.
Milli komanda sabah Vətənə dönəcək.
Mənbə: Milli.Az

 

18 fevral 2014
GO BACK