Bakıda sərnişinlər avtobus sürücülərinin dayanacaqda saxlamamasından, bəzən şüşələrin çirkli olması ucbatından hansı dayanacaqlarda düşəcəklərini bilməməməsindən şikayətlənirlər. Milli.Az xəbər verir ki, dünyanın inkişaf etmiş ölkələlərində bu kimi problemlər çox asan həll olunub. İctimai nəqliyyatda hər bir dayanacaq yetişəndə elan olunur. Bundan başqa növbəti dayanacağın hansı olması barədə sərnişinlər xəbərdar olunur. Sərnişinlər isə harada düşəcəyini bilərək özünə düşmək üçün uyğun yer seçirlər.
Bakı sərnişin avtobuslarında isə nəinki dayanacaq elan olunmur, həmçinin dayanacaqda saxlayan sürücü çox azdır. Dayanacaqlar lazımsız bir yerə çevrilib.
Bakı Sərnişin Nəqliyyat Departamentinin rəis müavini Vüqar İbrahimov Milli.Az-a açıqlamasında bildirdi ki, gələcəkdə paytaxtın sərnişin avtiobuslarında dayanacaqlar mikrofonla elan olunacaq. Rəis müavininin sözlərinə görə, bunun üçün avtobusların tamamilə kart sisteminə keçməsini gözləmək lazımdır: “Əvvəllər "Daewoo" markalı avtobuslarda mikrofon vardı. Hər bir dayanacaq elan olunurdu. Sonradan sıradan çıxdı”.
Mənbə: Milli.Az