Koreyanın Chosun işgüzar nəşri Samsung şirkətindəki mənbələrinə istinadən yazır ki, Apple və Samsung şirkətlərinin baş direktorları ötən həftə keçirilmiş şəxsi görüşdə patent mübahisəsi ilə bağlı razılığa gələ bilməyiblər.Milli.Az ICTnews-a istinadən bildirir ki, San-Xose (Kaliforniya, ABŞ) şəhərinin məhkəməsi tərəfindən məhkəməyədək icraat çərçivəsində təyin edilmiş görüş 19 fevral 2014-cü il tarixində baş tutmalı idi. Appleın baş direktoru Tim Kuk və Samsung Mobile Communicationsin direktoru Cey Key Şin şirkətlərin patent mübahisəsini müzakirə etməli və onu məhkəmə dinləmələrinə kimi həll etməyə cəhd etməli idilər.Xatırladaq ki, 2011-ci ildən Apple və Samsung şirkətləri arasında patent mübahisəsi yaranıb. O vaxtdan etibarən şirkətlər ABŞ və Cənubi Koreyada dəfələrlə bir-birlərinə qarşı məhkəməyə iddia veriblər.
Mənbə: Milli.AZ