Qadin.NET / VW Scirocco təzələndi

VW Scirocco təzələndi

 

VW Scirocco təzələndi
Volkswagen Scirocco cavanlaşma kursu keçib və Cenevrədə keçiriləcək avtosalonda iştirak etmək üçün özünü qaydaya salıb. Qabaq bamperdə duman əleyhinə fənərlərin yaxınlığında üç ədəd "ülgüc" - yeni Golf GTI modelindən götürülmüş element peyda olub. Onlar maşına aqressiv görkəm verilməsi üçün nəzərdə tutulmuş iri dəlikli radiator barmaqlığı ilə tamamlanıb. Qabaq və arxa faraların tərtibatında da müəyyən dəyişikliklər var, hərçənd onların formaları əvvəlki kimi qalıb.Milli.Az 4charx.com-a istinadən bildirir ki, salon da həmçinin yenilənib. Sükan təkəri yeddinci VW Golf -dan götürülüb və məlumat-əyləncə sistem olan mərkəzi konsolun üstündə əlavə yeni cihaz bloku yerləşib.Kuzov üçün beş yeni rəng mümkündür: ağ Pure White, qırmızı Flash Red, boz Urano Grey, bənövşəyi Ultra Violet və qızılı metallik Pyramid Gold. Təkər diskləri çeşidi də genişlənib.İstehsalçı mühərrik qammasında da restaylinq keçirib. Baza mühərriki əvvəlki kimi 1,4-litrlik TSI qalır. İndi pasportuna görə onun gücü 3 at gücü artaraq 125 at gücünə çatıb. Amma "zirvədə" 180 və ya 220 a.g. hasil edən iki litrlik TSI təklif ediləcək. Mühərrik sırasında iki dizel versiyası da əlçatandır: 2.0-litrlik TDI indi 150 və ya 184 at gücü hasil edir.

 

VW Scirocco təzələndi

 

 

 

Mənbə: Milli.Az

 
17 fevral 2014
GO BACK