Bəzən evlərə müəyyən məktublar göndərib, guya baş vermiş bəzi möcüzələr haqqında yazırlar. Axırda da tapşırırlar ki, bunu oxuyan adam bir neçə nüsxə çıxarıb paylasın, yoxsa Allahın qəzəbinə tuş gələcək. Bu cür məktubları mütləq çoxaldıb paylamaq lazımdırmı?Milli.Az İslam.az-a istinadən bildirir ki, bu məktublar çox zaman bəzi insanların dini savadsızlıından yaranır. Onlar din üçün nə isə etmək istəyir, amma bunun qaydasını bilmirlər, nəticədə bu cür mənasız bir işlə dinə xidmət etdiklərini düşünürlər. Bu kimi halları insanların şəxsi həyatına müdaxilə etmək, onların rahatlığını pozmaq, vaxtını almaq kimi dəyərləndiririk və bəyənmirik. Bu məktubların çoxusu heç bir mötəbər sübutu olmayan hadisələrin təsvirindən və məntiqi izahı olmayan yazılardan ibarət olur. Orada yazılanlara inanmamaq və tələb edilən kimi çoxaldıb başqalarına göndərməmək günah sayılmaz və Allahın qəzəbinə də səbəb olmaz. Bu məktublarda bəzən Allahın və müqəddəs şəxslərin adlarının yazıldığını nəzərə alaraq məsləhət görürük ki, onları zibilliyə atmasınlar, torpaqda basdırsınlar.
Mənbə: Milli.Az