Çinin Xiaomi şirkəti Hongmi 1s (Red Rice 1s) smartfonunu rəsmən təqdim edib. Sələfindən fərqli olaraq, aparat 1,6 QHs takt tezlikli Qualcomm Snapdragon 400 dördnüvəli çipi ilə təchiz edilib. Xatırladaq ki, Xiaomi Red Rice modelində Mediatek MT6589T prosessoru istifadə edilib. Hongmi 1s aparatında əməli yaddaşın həcmi 1 QB, daxili yaddaş isə 8 QB təşkil edir, həmçinin microSD slotu var.Milli.Az ICTnews-a istinadən bildirir ki, Xiaomi Hongmi 1s aparatı 1280×720 piksel təsvir ölçülü 4,7 düymlük ekrana malikdir, aparata MIUI V5 örtüklü Android 4.3 Jelly Bean əməliyyat sistemi quraşdırılıb. Cihaz, həmçinin Full HD formatında videoçəkilişə icazə verən 8 meqapiksellik əsas kamera və 1.6 meqapiksellik ön kamera ilə təchiz edilib.Aparat iki SİM kart dəstəkləyir, Wi-Fi, Bluetooth 4.0, GPS və QLONASS modullarına malikdir.Smartfonun ölçüləri 137×69×9,9 mm, çəkisi 158 qramdır. Çıxarılıb-taxılan batareyanın tutumu 2000 milliamper/saat təşkil edir.20 fevral tarixində Xiaomi Hongmi 1s aparatının satışlarına start veriləcək, aparatın qiyməti təxminən 130 dollar olacaq.
Mənbə: Milli.Az