Hakerlər Kickstarter saytına hücum həyata keçiriblər. Bu sayt müəlliflərə öz layihələri üçün vəsait toplamağa kömək edir.
Bu haqda 16 fevral tarixində xidmətin administrasiyası öz korporativ bloqunda yazıb.ICTnews elektron xəbər xidməti lenta.ru saytına istinadən bildirir ki, Kickstarterin bloqunda yazılıb ki, bank kartları haqqında məlumatlara icazəsiz müdaxilə baş tutmayıb. Bununla belə, hakerlər istifadəçilərin adları, elektron və yaşayış ünvanları, telefon nömrələri və şifrlənmiş formada olan parolları ələ keçiriblər. Resursun sahibləri bildiriblər ki, kifayət qədər biliyə malik olan cinayətkar şifrlənmiş formada olan parolları sındıra bilər.Bununla əlaqədar Kickstarter nümayəndələri istifadəçilərə öz parollarını dəyişməyi tövsiyə edib.Həmçinin saytın administrasiyası belə bir hadisənin baş verməsinə görə istifadəçilərdən üzr istəyib.Xatırladaq ki, Kickstarter saytı 2009-cu ildən fəaliyyət göstərir. 2013-cü ildə sözügedən xidmətdə layihələri ən azı bir dəfə dəstəkləyən istifadəçilərin sayı üç milyonu ötüb və ianə edilmiş vəsaitlərin ümumi məbləği 480 milyon ABŞ dollarına çatıb.
Mənbə: Milli.Az