Qadin.NET / Devid Bekhem Ronaldunu ABŞ-a aparır?

Devid Bekhem Ronaldunu ABŞ-a aparır?

 

Mayamidə futbol klubu alan Devid Bekhem yeni komandasına dünyanın ən yaxşı futbolçusunu gətirmək istəyir.Qol.az-ın məlumatına görə, "The Sun"a danışan MLS nümayəndələrindən biri İngiltərə millisinin keçmiş futbolçusunun kluba Kriştianu Ronaldunu transfer etmək niyyətində olduğunu deyib. Ancaq portuqaliyalı hücumçunun heyətə cəlb olunması 2017-ci il üçün düşünülür:"Bekhem komandaya yeni bir ulduz futbolçu gətirmək lazım olduğunu bilir. Həmin oyunçu isə Ronaldudur. Kriştianu ABŞ-ı sevir. Onun karyerasını burada bitirmək istədiyi sirr deyil. Ronaldu futboldan getdikdən sonra da ABŞ-da yaşamağı planlaşdırır. Bu səbəbdən o, göndəriləcək təklifi müsbət cavablandıra bilər. Ancaq bu transfer 2017-ci il üçün düşünülür".
Mənbə:Milli.Az
17 fevral 2014
GO BACK