Qadin.NET / Sabah futbolsevərlərin bayramı başlayır

Sabah futbolsevərlərin bayramı başlayır

 

Sabah Avropanın ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasında mübarizə bərpa olunacaq. Apasport.az saytının məlumatına görə, son illərdə qoyulan ənənə üzrə 1/8 final mərhələsinin ilk qarşılaşmaları 2 həftə davam edəcək.
2 oyun sabah keçiriləcək. 2-si isə çərşənbə günü baş tutacaq. Mərhələ gələn həftə keçiriləcək 4 görüşlə davam etdiriləcək. Püşkün, demək olar ki, üz-üzə qoyduğu ən maraqlı cütlər bu həftə qarşılaşacaq. Xüsusilə İngiltərə klublarının matçları diqqət çəkir.
“Mançester Siti” öz meydanında “Barselona”nı qəbul edəcək. Hazırda öz ölkələrində də çempionluq mübarizəsi aparan klublar avrokuboklarda ilk dəfə üz-üzə gəlir. Əvvəllər İngiltərə klubları ilə 60 oyuna çıxan və 98 qola sevinən kataloniyalılar yubiley topunu Mançesterdə rəqib qapısından keçirmək əzmindədir. Günün digər oyununda PSJ-ni qəbul edəcək “Bayer” də bu rəqibi ilə ilk dəfə görüşəcək.
“Arsenal” yarışın son qalibi “Bavariya”nı qəbul edəcək. Turnirin favoriti olan almaniyalılar indiyədək 6 dəfə London təmsilçisi ilə üz-üzə gəlib. Bu matçlarda “Arsenal” 2, “Bavariya” 3 qələbə qazanıb, 1 görüşsə heç-heçə nəticələnib. Top fərqində də münhenlilər öndədir – 9:7. Ötən mövsümün də 1/8 finalında qarşılaşan rəqiblərin duelində almanlar mərhələ keçmişdi – 3:1, 0:2.
“Atletiko” səfərdə “Milan”ı qəbul edəcək. Bu komandalar da indiyədək avrokuboklarda üz-üzə gəlməyiblər.
 Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
18 fevral (çərşənbə axşamı)
23:45. "Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)
23:45. "Bayer" (Almaniya) – PSJ (Fransa)

19 fevral (çərşənbə)
23:45. "Milan" (İtaliya) - "Altetiko" (Madrid, İspaniya)
23:45. "Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)
Mənbə: Milli.Az 
17 fevral 2014
GO BACK