Qadin.NET / Fəhlələr mamont dişi tapdılar

Fəhlələr mamont dişi tapdılar

 

ABŞ-ın Siettl şəhərində su kəmərlərindən birində aparılan təmir işləri zamanı fəhlələr torpağın arasında mamont dişi aşkarlayıblar.

 

Mamontlar indiki Birləşmiş Ştatların ərazisində təxminən 60 min il əvvəl yaşayıblar.Milli.Az The Washington Post-a istinadən bildirir ki, mamont dişi Siettl şəhərinin "Lake Union" səmtində tapılıb. Vaşinqton Universitetinin paleontoloqları dişi Berk Təbiət Tarixi Muzeyinə aparmaq istəyirlər.Uzunu təxminən 3 metr olan daşlaşmış diş martın 8-də muzeydə sərgilənəcək.Fəhlələrdən biri deyib: "Evlərdən birinin arxa bağçasında qazıntı işləri aparanda içində pul olan fincan tapmışdıq. Mamont dişini görməyimiz o fincanı tapmağımızdan daha həyəcanlı idi".
Mənbə: Milli.Az

 

17 fevral 2014
GO BACK