"Sürücü sürət həddini aşmağı ilə yanaşı, sərnişinlərlə kobud davranır. Sərnişin son dayanacağın hansı olduğunu soruşanda, sürücü kobudluq etməyə başladı. Avtobusda "qaynar xətt" nömrəsi yoxdr. Bu cür qayda pozuntuları ilə bağlı kimə şikayət etmək olar? Avtobusun dövlət nömrə nişanı "10-TG-991"-dir".
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Bakısərnişinnəqliyyat" MMC ilə əlaqə saxlayıb. Şirkətdən bildiriblər ki, vətəndaşlardan quruma şikayətlər daxil olub.
"Bütün bu müraciətləri biz operativ şəkildə araşdırırıq. Sürücünün günahı sübuta yetirilərsə, cəzalandırılır. Sərnişinlər, əsasən sürət həddinin aşılmasından, siqaret çəkməkdən və kobudluqdan şikayət edirlər. Bu cür sürücülər cəzasız qalmırlar. Oxucunun qeyd etydiyi məsələni də araşdırmağa hazırıq. Qoy həmin vətəndaş bizim quruma müraciət etsin", - "Bakısərnişinnəqliyyat"ın əməkdaşı deyib.
Mənbə: Milli.Az