Qadin.NET / Bakı metrosunda da Wi-Fi olacaq, amma...

Bakı metrosunda da Wi-Fi olacaq, amma...

 

Paytaxt metrosunda olacağından danışılan Wi-Fi Moskva metrosunda tətbiq olunmağa başlayıb.Moskva metrosunun sərnişinləri "Kalininskaya" stansiyasında pulsuz Wi-Fi-dan istifadə edə biləcəklər. Bu texnologiyanın fevralın sonunadək digər stansiyalarda da tətbiqi nəzərdə tutulub.

Dəfələrlə Bakının metrostansiyalarında Wi-Fi olacağı barədə söz verilsə də, hələ də ondan səs-soraq yoxdur.
Məslə ilə bağlı Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə Milli.Az-a bildirdi ki, paytaxt metrosunda Wi-Fi sisteminin nə vaxt quraşdılacağı barədə məlumatsızdır.
"Wi-Fi sisteminin quraşdılması üçün gərək müxtəlif müqavilələr imzalansın. Bunun üçün vaxt gərəkdir. Bizdə danışıqlar gedir, metropoliten və Azərbaycanın mobil rabitələri arasında müqavilələr imzalandıqdan sonra nə  dəqiq tarix bilinəcək.
Sizə konkret cavab verə bilməyəcəm. Operatorlar, hələ ki, müqavilə bağlamırlar, amma biz istərdik ki, 2015-ci ilədək bu sistem artıq istismara verilsin", - Fuad Tağızadə deyib.

Mənbə: Milli.Az

17 fevral 2014
GO BACK