Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən fevralın 17-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

 Miladi: 17 fevral 2014
Hicri: 17 rəbiul-axir 1435
İlin 48-ci günü
İlin sonuna 317 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.21
Günəş - 07.31
Zöhr - 12.58
Əsr - 16.17
Məğrib - 18.31
İşa - 19.48
1600-cü ildə italyan alim Cordano Bruno edam edilib
1673-cü ildə fransız dramaturq Molyer vəfat edib.
1798-ci ildə fransız alim, Kont “sosiologiya” termininin müəllifi Oqüst Kont dünyaya gəlib.
1854-cü ildə Böyük Britaniya Afrikadakı müstəmləkəsi olan Çəhrayı Respublikanın (indiki Cənubi Afrika Respublikası) müstəqilliyini tanıyıb. Bu, Afrika qitəsində müstəqillik əldə etmiş ilk dövlət idi.
1856-cı ildə alman mütəfəkkiri və şair Henrix Heyne vəfat edib.
1863-cü ildə Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilib.
1880-ci ildə Rusiya çarı II Aleksandra sayca beşinci sui-qəsd cəhdi olub, "xalqçı" Stepan Xalturinin təşkil etdiyi terror nəticəsində Qış

sarayında böyük partlayış baş versə də, çara zərər dəyməyib.
1926-cı ildə xalq artisti Sofiya Hüseynova dünyaya gəlib.
1942-ci ildə qarmon çalan Kor Əhəd vəfat edib.
1947-ci ildə "Amerikanın səsi" radiosunun dalğaları keçmiş SSRİ məkanına yayılmağa başlayıb.
1957-ci ildə Türkiyə ordusunun komandası futbol yarışında amerikan rəqibini 19:0 hesabı ilə məğlub edib.
1972-ci ildə Riçard Nikson Çinə səfər edib. Bu tarixdə ABŞ prezidentinin kommunist rejimli Çinə ilk səfəri olub.
1979-cu ildə Çin qoşunları Vyetnam ərazisinə daxil olaraq onun bir hissəsini işğal edib.
1981-ci ildə Amerikan fotomodel və aktrisa Paris Hilton dünyaya gəlib.
1982-ci ildə Moskva metrosunda eskalatorun qırılması nəticəsində, rəsmi məlumatlara görə, 30 nəfər həlak olmuşdu.
1983-cü ildə “ADA” proqramlaşdırma dili meydana çıxıb.
1991-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi şair Mədinə Gülgün vəfat edib.
1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndi ermənilər tərəfindən işğal olunub.
1993-cü ildə Azərbaycan və Rusiya hökumətləri arasında sərbəst ticarət sazişi imzalanıb.
1994-cü ildə Aşqabadda Azərbaycan və Türkmənistan hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb.
2002-ci ildə Fransız frankı tam olaraq dövriyyədən çıxarılıb. Bu pul vahidi 641 il tədavüldə olub.
2008-ci ildə Kosovo müstəqilliyini elan edib. Bu addım Qarabağdakı erməni separatçılarını da ruhlandırıb. Hadisədən bir neçə gün sonra Azərbaycan parlamenti sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib
2008-ci ildə türk musiqiçi və teatr aktyoru Ayseli Güreli vəfat edib.
2009-cu ildə amerikalı ermənişünas alim Ronald Suninin “Erməni xalqı: qədim dövrdən bu günə kimi” kitabı çapdan çıxıb. Kitabda Dağlıq Qarabağın azərbaycanlıların tarixi vətəni kimi göstərilməsi ermənilərin qəzəbinə səbəb olub.
2009-cu ildə türk teatr aktyoru Qəzənfər Özcan vəfat edib.

Mənbə: Milli.Az

17 fevral 2014
GO BACK