Qadin.NET / Şərab və aspirindən dəhşətli xəstəliyə qarşı dərman

Şərab və aspirindən dəhşətli xəstəliyə qarşı dərman

 

Qırmızı şərabın tərkibindəki resveratrol maddəsi aspirinlə birlikdə xərçəngin inkişafına rəvac verən anomal tetraploid hüceyrələri zərərsizləşdirir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Gustav Russi İnstitutunun alimləri laborator araşdırmalar aparıblar. Təcrübə altında olanlara qırmızı şərabla aspirin verəndə onların mədə-bağırsaq sistemində daha az təhlükəli hüceyrələr olub. Həmçinin qırmızı şərabla aspirin xərçəng  törədən hüceyrələri də orqanizmdən xaric edib. İkili terapiya bağırsaq xərçənginə qarşı da uğurla sınaqdan keçib. Qırmızı üzümün tərkibindəki maddələrin antioksidant və xərçəng əleyhinə xüsusiyyətləri var. Aspirin isə mədə və bağırsaq xərçənginə qarşı effektiv vasitədir. Bu iki maddənin birgə təsiri ilk dəfə öyrənilməyə başlanıb. 

Mənbə: Milli.Az

17 fevral 2014
GO BACK