Qadin.NET / Qida infeksiyasından qoruyan ədviyyat

Qida infeksiyasından qoruyan ədviyyat

 

Mətbəxdə ət xörəkləri üçün ədviyyat kimi istifadə olunan oreqano bitkisinin tərkibindəki karvakrole maddəsi qida infeksiyasından qoruya bilər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, məlum olub ki, karvakrole norovirusa qarşı effektiv mübarizə aparır.  

Bu maddə virusun qoruyucu zülal qılafını zədələyir, sonra isə onu məhv edir. 
Arizona Universitetinin mütəxəssisləri iddia edirlər ki, karvakroledən ərzaq məhsullarının emalında, yaxud da digər antimikrob vasitələrlə birlikdə geniş təsirli sanitayzer kimi istifadə etmək olar. 
Virusun kapsulu onun genetik materialını qoruyur. Oreqanonun tərkibindəki karvakrole isə birbaşa qılafa təsir edir. Onun alışqanlıq effekti yaratmayacağı və insan üçün tamamilə təhlükəsiz olduğu da vurğulanır. 
Ancaq nəzərə almaq lazımdır ki, karvakrolenin böyük konsentrasiyası toksiki olmasa da, dili yandırır və keyləşdirir. 

Mənbə: Milli.Az

17 fevral 2014
GO BACK