Qadin.NET / Arıqlamaq istəyən üşüsün

Arıqlamaq istəyən üşüsün

 

Avstraliya alimlərinin fikrincə, soyuqdan titrəmək orqanizmin yığdığı bəyaz piyin enerji yandıran qəhvəyi piyə çevrilməsini stimullaşdırır.  

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, qəhvəyi piyin hüceyrələri piylənmə, qaraciyər piylənməsi və şəkərli diabetə qarşı mübarizədə əsas komponent ola bilər.  
Qəhvəyi piy hər bir insanda var, amma kimdə ki onun qədəri çoxdur, onlar daha arıq və qamətlidirlər, üstəlik, qanlarında qlükozanın səviyyəsi də aşağıdır. 
Son illərin araşdırmaları göstərib ki, qəhvəyə piyin yaranmasına soyuq təkan verir. Yalnız bədənin həmin hüceyrələrə necə siqnal verməsi qaranlıq qalırdı. Bunun mexanizmini aydınlaşdırmaq üçün Sidneydəki Qarvan Tibbi Araşdırmalar İnstitutunun (GİMR) alimləri könüllüləri azalan temperaturlu otaqlarda yerləşdiriblər. Temperatur 18 dərəcə C-dən tədricən 12 dərəcə C-dək, insanlar soyuqdan titrəməyə başlayanadək, endirilib. Könüllülərin dərisinə onların əzələlərinin elektrik aktivliyini ölçən qurğu birləşdirilib. Həmçinin hormonların səviyyəsinin ölçülməsi üçün qanları da yoxlanılıb. 
Məlum olub ki, soyuğun təsirilə iki hormonun - əzələlərin istehsal etdiyi irizinin və qəhvəyi piy qatının istehsal etdiyi FGF21-in - səviyyəsi yüksəlir. Maraqlıdır ki, orta intensivliklə 1 saat velosiped sürərkən yaranan irizinin qədəri 10-15 dəqiqə soyuqda titrəyən zaman yaranan irizinin qədərinə bərabərdir. 
Bu hormonlardan gələcəkdə piylənməyə qarşı terapiyada istifadə edilə bilər. 

Mənbə: Milli.Az

16 fevral 2014
GO BACK