Qadin.NET / Hava haqqında - 16.02.2014

Hava haqqında - 16.02.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində az yağıntılı olacağı ehtimalı var. Temperatur gecə 3-5°, gündüz 5-7° isti, Bakıda gecə 3-5°, gündüz 5-7° isti olacaq.Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. 
Temperatur gecə 0-5°, dağlıq ərazilərdə 10° şaxta, gündüz 4-8° isti olacağı gözlənilir. 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. 
Temperatur gecə 3° şaxtadan 2° -dək isti, gündüz 3-6° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındahavanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.Temperatur gecə 0-3°, gündüz 3-7° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. 
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 2-6°, yüksək dağlıq ərazilərdə 6-9° şaxta, gündüz 0-3° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. 
Temperatur gecə 1° şaxtadan 4° -dək isti, gündüz 5-10° isti olacaq.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında 
havanın arabir yağıntılı olacağı, dağlarda qar yağacağı gözlənilir. 

Temperatur gecə 0-4°, gündüz 4-8° isti, dağlarda gecə 0-2°, gündüz 3-7° isti olacaq.
Mənbə: Milli.Az

 

16 fevral 2014
GO BACK