Yeni qaydalara görə bal sisteminin ləğvi sürücü tərəfindən əvvəllər törədilmiş müvafiq inzibati xətalarla bağlı araşdırma aparmaq zərurətini aradan qaldıracaq. Ancaq bu, o demək deyil ki, bal sistemi ləğv edilirsə, sürücülər necə istəsələr, maşını sürə, nə qədər istəsələr, qaydaları poza bilərlər. Hər halda qanunda ediləcək bu dəyişiklik sürücülər tərəfindən müsbət qarşılanır.
Ekspert Azər Allahverənovun fikrincə, bütün bu islahatlar yollarda vətəndaşın, həm yol patrul inspektoru ilə, həm də inzibati materialların baxılmasında yol polisi əməkdaşı ilə təmasının minimuma endirilməsi məqsədini daşıyır. İnzibati cərimələrə gəldikdə isə bal sistemi ləğv olunsa da, bəzi cəza tədbirləri də sərtləşdiriləcək.
Hər halda cəza tədbirlərində nə dəyişiklik olur olsun, bütün bunlar insanların, ilk növbədə, öz sağlamlığına olan məsuliyyəti artırmaq məqsədi daşıyır. Bu səbəbdən edilən dəyişikliklərə görə narahat olmamaq, sadəcə qanunlara riayət etmək lazımdır.
Mənbə: Milli.Az